Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Qərargahdan XƏBƏRDARLIQ: Belarusdan Ukraynaya raketlər atıla bilər

Baş Qərargahdan XƏBƏRDARLIQ: Belarusdan Ukraynaya raketlər atıla bilər

Tarix: 27 Iyun 2022 22:40

Ukrayna kəşfiyyatı Belarus ərazisindən raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edib.

Sonxeber.net xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 27-nə olan axşam hesabatında bildirib.

Volın və Polisya ərazilərində kəşfiyyat Belarus Silahlı Qüvvələrinin bölmələrinin Ukrayna ilə həmsərhəd ərazilərdə təxribat törətməsini, eləcə də Ukrayna qoşunlarının mövqelərini və xarakterini aydınlaşdırmaq üçün gücləndirilmiş kəşfiyyatı istisna etmir.

"Belarus Respublikasının ərazisindən və hava məkanından hava və raket zərbələrinin davam edəcəyi gözlənilir. Biz bir daha hava həyəcan siqnallarına məhəl qoymağa çağırırıq", - Baş Qərargah bildirib. (publika.az)


Etiketlər:  Baş Qərargahdan XƏBƏRDARLIQ Belarusdan Ukraynaya raketlər atıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ