Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 08:30
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, qəza 4-cü mikrorayon dairəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Pəri Qənbərova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onları minik avtomobili vurub. Xəsarət alan piyadalar təcili tibbi yardım xidməti vasitəsi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.