Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 08:04
Bakı. Trend:
Iraqın Kərbala şəhərində avtobusun partladılması nəticəsində ən azından 12 nəfərin həyətına son qoyulmuşdur.
Trend-in məlumatına görə, bundan əvvəl PressTV kanalı 9 nəfərin öldüyü barədə məlumat vermişdi.
Qeyd edək ki, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb, lakin onların sağlamlıq durumları barədə hələdə məlumat verilmir. Bölgədə fəaliyyət göstərən qrupların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin