Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2022 22:46
Avstraliya 16 rusiyalı nazirə qarşı sanksiya tətbiq edəcək.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Avstraliyanın Baş naziri Entoni Albanese açıqlama verib.
"Avstraliya daha 16 rusiyalı nazir və oliqarx üçün sanksiya və səyahət qadağası tətbiq edəcək. Avstraliyanın sanksiya tətbiq etdiyi rusların ümumi sayı 843 nəfərə çatacaq", - Baş nazir qeyd edib.
Qeyd edək ki, Avstraliyanın Baş naziri Ukraynaya 14 zirehli transportyor və 20 "Bushmaster" maşını təhvil verəcəyini vəd edib.