Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könül Kərimovanı Natavan Həbibi ilə nə bağlayır? - VİDEO

Könül Kərimovanı Natavan Həbibi ilə nə bağlayır? - VİDEO

Tarix: 4 Iyul 2022 14:25

Əməkdar artisti Könül Kərimova açıqlaması ilə gündəmə səs salıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi ilk dəfə xanım həmkarı Natavan Həbibi ilə duet oxuyacağının anonsunu qonaq olduğu "Şourum" maqazin verilişində edib.

Kərimova duet mövzusunda artıq Həbibinin "saqqızı"nı oğurladığını da etiraf edib:

"Qadın həmkarımla duet oxumağı mən də çox istəyirəm. İstəyim indi yox, artıq bir müddətdir ki, bu haqda düşünürəm. Əzizim Natavan Həbibi ilə duet oxumaq istəyirəm. Bunu özü də bilir. Natavan duet oxumaq təklifimi çox gözəl qarşıladı. Üç il əvvəl onunla duet haqda danışdıq. Bu haqda söhbətimiz pandemiyadan əvvələ təsadüf etdi. Reallaşdırmaq istəyirdik, pandemiya başladı. Natavan Həbibinin ifalarını çox sevirəm. Mənimlə duet oxumağa söz verib. Onunla duet oxumağa gəribə marağım və istəyim var".

Milli.Az


Etiketlər:  Könül Kərimovanı Natavan Həbibi ilə bağlayır VİDEO


RƏYLƏR