Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 18:05
Türkiyəli müğənni Coşkun Sabah illər öncə eşq yaşadığı həmkarı Hülya Avşarla bağlı etirafı ilə gündəmə gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Coşkun Sabah, Hülya Avşarın əsgərlikdə olarkən onu köhnə futbolçu Tanju Çolakla aldatdığını bildirib.
"Əlbəttə kədərlənirəm, çox peşman oldum. Hansı insan kədərlənməz? Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi. Əsgərlikdən sonra üz-üzə görüşmək istəmədim. Bu heç də asan deyil", - deyə Coşkun əlavə edib.
O, xəyanətdən sonra Hülya Avşarı bağışladığını da dilə gətirib.
Qeyd edək ki, Hülya Avşar bir zamanlar sevgilisi olduğu Coşkun Sabah əsgərliyə getdikdən sonra evli və körpəsi olan futbolçu Tanju Çolakla eşq yaşayıb.
Məhəllə camaatının Tanju Çolak və Hülya Avşarın bir-birinin ardınca bir mənzilə girdiklərini jurnalistlərə bildirmələrindən sonra həqiqət üzə çıxdı.