Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 18:16
Kanada alimləri yeni ozon dəliyi kəşf ediblər.
O, Antarktikadakı ozon dəliyindən yeddi dəfə böyükdür.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ehtimala görə, yeni dəlik 1980-ci illərdən bəri tropik bölgələrin üzərində əmələ gəlsə də, yalnız indi tapılıb.
İlkin hesabatlar göstərir ki, ekvatorial bölgələr üzərində ozonun tükənməsi səviyyələri artıq yerli canlıların böyük populyasiyalarını təhdid edir. Belə ki, bu bölgələrdə radiasiya gözləniləndən xeyli artıqdır.