Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 20:58
Uçuş zamanı quşla toqquşan Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin təyyarəsi hava limanına qayıdıb, amma bundan əvvəl səmada bir neçə dövrə vurub.
Sonxeber.net bildirir ki, bu barədə "Aviatorşina" Telegram kanalı məlumat yayıb.
Moskvadan Tacikistanın Xucəndinə uçan təyyarə havaya qalxandan dərhal sonra quşla toqquşub. Ön şüşəsi çatladığından təyyarə komandiri Domodedovoya qayıtmaq qərarına gəlib. "FlightRadar" xidmətinin verdiyi məlumata görə, eniş etməzdən əvvəl təyyarə daha üç saat səmada dövr edib.
Aviaşirkətin nümayəndələrinin sözlərinə görə, reqlamentə və təhlükəsizlik tədbirlərinə əsasən, təyyarə sonrakı uçuşu həyata keçirə bilməyib. Eniş uğurlu olub, sərnişinlər başqa reyslə təyinat yerlərinə gediblər.
İrfan Vəliyev