Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: ''G20'' XİN başçılarının Balidə birgə fotoçəkilişi ləğv edilib''

KİV: ''G20'' XİN başçılarının Balidə birgə fotoçəkilişi ləğv edilib''

Tarix: 8 Iyul 2022 08:28

İndoneziyanın Bali adasında "G20" ölkələrinin xarici işlər nazirlərinin ənənəvi birgə fotoçəkilişi ləğv edilib.

Milli.Az "report"a istinadən bildirir ki, bu, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi ilə bağlı iclasın bəzi iştirakçılarının, o cümlədən ABŞ dövlət katibi Entoni Blinkenin mövqeyi ilə bağlı ola bilər.

CNN daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Dövlət Departamentinin rəhbəri Rusiya xarici işlər naziri Sergey Lavrovun Balidə keçirilən "G20" xarici işlər nazirlərinin toplantısının qrup fotosessiyalarından yayınacaq.

Eyni zamanda ötən gün "G7" ölkələrinin xarici işlər nazirləri rəsmi şam yeməyində iştirak etməyiblər. Bu barədə görüşə ev sahibliyi edən İndoneziya Xarici İşlər Nazirliyinin rəhbəri Retno Marsudi məlumat verib. Bu addımın səbəbləri açıqlanmayıb, lakin "Kyodo" agentliyi qeyd edib ki, Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi naharda iştirak etməyi uyğunsuz hesab edib, çünki Rusiya xarici işlər nazirinin də iştirak etməsi ehtimalı var idi.

Milli.Az


Etiketlər:  KİV XİN başçılarının Balidə birgə fotoçəkilişi ləğv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ