Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 12:46
"İndiyədək Ukraynada Rusiyanın 10 generalı məhv edilib".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
"Həmçinin 37000 rus əsgəri öldürülüb. 1605 tank, 45 təyyarə və helikopter sıradan çıxarılıb. Rusiya, doğrudan da, hələ müharibəyə başlamayıb?", - o deyib.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynada hələ ciddi işə başlamadığını bildirib.