Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya BMT TŞ-nın Suriya ilə bağlı qətnaməsinə veto qoydu

Rusiya BMT TŞ-nın Suriya ilə bağlı qətnaməsinə  veto qoydu

Tarix: 9 Iyul 2022 08:12

Rusiya BMT Təhlükəsizlik Şurasında (TŞ) Norveç və İrlandiyanın Suriyaya humanitar yardımın transsərhəd çatdırılması üçün "Bab əl-Hava" keçid məntəqəsinin fəaliyyətinin bir il uzadılması ilə bağlı qəbul etdiyi qətnamə layihəsinə veto qoyub.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, iki Qərb ölkəsi tərəfindən hazırlanan qətnamə layihəsində keçid məntəqəsinin işinin altı ay - 2023-cü il iyulun 10-dan yanvarın 10-dək uzadılması nəzərdə tutulurdu. Moskva əleyhinə səs verib, Çin bitərəf qalıb. Təhlükəsizlik Şurasının qalan üzvləri layihənin qəbulunu dəstəkləyiblər.

Bir il əvvəl qəbul edilmiş qətnaməyə əsasən, keçid məntəqəsinin fəaliyyətinin uzadılması şərti digər məsələlərlə yanaşı, humanitar yardımın xaricdən deyil, Suriya ərazisindən təmas xətləri vasitəsilə çatdırılması idi. Rusiya son bir ildə bu şərtin yerinə yetirilmədiyini dəfələrlə qeyd edib.


Etiketlər:  Rusiya nın Suriya ilə bağlı qətnaməsinə veto qoydu


RƏYLƏR