Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağcabədi sakinindən avtomat götürülüb - FOTO

Ağcabədi sakinindən avtomat götürülüb - FOTO

Tarix: 10 Iyul 2022 11:38

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkumluğu olan Rauf Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Ağcabədi sakinindən avtomat götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ