Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 18:52
2020-ci ildə yenidən prezident seçilsəydim, Ukraynadakı münaqişəyə icazə verməzdim.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
"Co Bayden administrasiyası dövründə ölkə tənəzzülə uğradı. İnflyasiya rekord qırır, yanacağın qiymətləri isə inanılmaz sürətlə artır. Ukraynaya gəlincə, regionda vəziyyət daha da pisləşəcək. 2020-ci il seçkiləri başqa cür bitsəydi, bunun qarşısını almaq mümkün olardı", - Tramp bildirib.