Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 16:24
Rusiyada Sankt-Peterburqda Leninqrad vilayətinin Vsevolojski rayonunun göllərində dincələn insanlara atəş açan şəxs saxlanılıb.
Sonxeber.net bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verb.
Daxili İşlər Nazirliyindən verilən ilkin məlumata görə, hadisəni törədən 27 yaşlı təmizlikçi işləyən gəncdir. Rus öz vəhşiliyini onunla izah edib ki, o, asudə vaxtlarını Vsevolojsk vilayətinin göl bölgəsində keçirən narkomanlarla mübarizə aparmaq niyyətində olub.
Cinayət Axtarış Şöbəsinin əməkdaşları ondan 6,35 mm çaplı "Hatsan flash" markalı pnevmatik tüfəng götürüblər. Hazırda həmin şəxs dindirilir.
"Yaxın vaxtlarda ona qarşı ittiham irəli sürüləcək. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət hazırlanıb", - deyə idarənin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, şübhəli şəxsə psixoloji, psixiatrik və digər məhkəmə-tibbi ekspertizaları da təyin olunacaq.
İrfan Vəliyev