Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 17:46
Rusiyanın "Qazprom" şirkəti İtaliyaya qaz ixracını azaldıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın enerji şirkəti ENI (ENI.MI) məlumat yayıb.
Bildirilib ki, şirkət Rusiyanın "Qazprom" (GAZP.MM) şirkətindən bu gün təxminən 21 milyon kubmetr qaz alacaq ki, bu da son bir neçə gündəki orta həcmdən azdır.
İtaliya şirkəti öz saytındakı qeyddə bildirib ki, son bir neçə gündə Rusiyadan idxal olunan qaz həcmi gündəlik təxminın 32 milyon kubmetr olub.
Qeyd edək ki, iyun ayında da "Qazprom" İtaliyaya ixrac olunan qaz həcmini 15 faizədək azaldıb.