Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bataqlıqda ilişib qalan şəxs belə xilas edildi - VİDEO - FOTO

Bataqlıqda ilişib qalan şəxs belə xilas edildi - VİDEO - FOTO

Tarix: 11 Iyul 2022 18:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynov Elçin Cəmaləddin oğlu qurumaqda olan göldəki bataqlıqda ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı bataqlıqdan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Milli.Az


Etiketlər:  Bataqlıqda ilişib qalan şəxs belə xilas edildi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ