Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 22:52
İsti hava Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin "RAF Cranwell" aviabazasının işinə mane olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bazanın uçuş-eniş zolağında asfalt əriyib.
Nəticədə, bitum təyyarələrin təkərlərinə və aviabazanın işçilərinin ayaqqabılarına yapışmağa başlayıb.
Komandanlıq havanın temperaturu aşağı düşənə qədər təyyarələrin uçuşlarını dayandırmaq qərarına gəlib. Həmçinin aviabazada yerləşən Kral Hərbi Hava Qüvvələri Kollecinin tələbələri üçün təlim uçuşları dayandırılıb.
Qeyd edək ki, son bir neçə gündə Britaniyada havanın temperaturu 32 dərəcəyə çatıb. Eyni zamanda, Böyük Britaniyanın milli meteorologiya xidməti temperaturun daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.