Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qara Qarayevin son durumu açıqlanıb

Qara Qarayevin son durumu açıqlanıb

Tarix: 12 Iyul 2022 23:54

"Qara Qarayevin haqqında konkret fikir bildirmək çətindir".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis yarımmüdafiəçinin sabah ikinci dəfə tibbi müayinədən keçəcəyini bildirib: "Onun tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat əldə etmək mümkündür".

Qeyd edək ki, 30 yaşlı oyunçu zədə səbəbindən "Lex"lə matçda iştirak etməyib.


Etiketlər:  Qara Qarayevin durumu açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ