Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 10:55
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüsey Həsənovun saxta məhsullardan istifadə etdiyi ifşa olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, küçədə uşaqlara "iPhone" paylayan, taksi sürücüsünə maşın hədiyyə edən bloger kimi təqdim olunan Hüseynin əslində nümayiş etdirdiyi həyatı yaşamadığı iddia olunub. "Lamborgini" sürən, şəxsi təyyarələrdə uçan və eksklüziv brend əşyalar taxan blogerin artıq bir neçə ildir orijinal olmayan aksesuar və geyimlərdən, saxta qızıllardan istifadə etdiyi bildirilib.
İnfluenserləri ifşa edən xarici saytlardan biri Hüseynin bəzi fotolarını yayıb. Bildirilib ki, kolleksiyasında qiyməti beş milyon rubldan başlayan "Audemars Piguet Royal Oak" və 20 milyondan çox etiket qiyməti olan "Ulysse Nardin Chinghis Khan" saatları əslində saxtadır.
2015-ci ildə blogerin nümayiş etiyi "Hublot Big Bang" saatlarının da saxta olduğu ortaya çıxıb.
Hüseynin qarderobundakı saxta məhsullara gəldikdə isə onun bu yaxınlarda salonda olarkən paylaşdığı şəkildə "Dior Jordan"dan olan ayaqqabıların rəngi və materialı saxta olduğunu ifşa edib.
Maraqlı məqam bundan ibarətdir ki, bloger iddia olunan saxta məhsullarla bağlı fotoları şərh etməsə də onları hesabından silib.