Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Vinnitsa şəhərini raketlə vurdu: 20 nəfər ölüb, 90 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO - FOTO

Rusiya Vinnitsa şəhərini raketlə vurdu:  20 nəfər ölüb, 90 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 14 Iyul 2022 15:18

15:16

Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb.

Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, ölənlərdən 3-ü uşaqdır.

Rusiyanın atdığı "Kalibr" raketlərindən birinin zabitlər evinə, digərinin isə hərbi komissarlığın ərazisinə düşdüyü xəbər verilir.

---------

13:22

Rusiya hərbi qüvvələri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Vinnitsada bir neçə partlayış səsi eşidilib.

Partlayışlarla bağlı rəsmi məlumat Vinnitsa Şəhər Şurasının "Telegram" kanalında da yer alıb.

"Vinnitsada partlayış səsləri eşidilib. Gizləndiyiniz yerdən çıxmayın. Foto və videoları yaymayın", - səlahiyyətlilər yazıb.

Vinnitsa regional administrasiyasının rəhbəri Sergey Borzov ölən və yaralıların olduğunu bildirib. "Rəqəmlər dəqiqləşdirilir. Şəhərə dörd raket atılıb", - o deyib.

İlkin məlumata görə, 30 nəfər yaralanıb, 12 nəfər ölüb.


Etiketlər:  Rusiya Vinnitsa şəhərini raketlə vurdu nəfər ölüb nəfər yaralanıb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ