Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan Makronla taxıl dəhlizinin yaradılmasını müzakirə edib

Ərdoğan Makronla taxıl dəhlizinin yaradılmasını müzakirə edib

Tarix: 16 Iyul 2022 23:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası tviterdə məlumat yayıb.

Prezidentlər Ukraynadan Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının tədarükünə nəzarət etmək üçün İstanbulda koordinasiya mərkəzinin yaradılmasını müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, planın tezliklə həyata keçirilməsi qlobal ərzaq təhlükəsizliyi məsələlərinin həllini xeyli asanlaşdıracaq.

Milli.Az


Etiketlər:  Ərdoğan Makronla taxıl dəhlizinin yaradılmasını müzakirə edib


RƏYLƏR