Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

Tarix: 17 Iyul 2022 19:40

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Sürix"in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə "Sürix"in səfər matçına gedə bilməyəcək.

Kanera bununla əlaqədar deyib: "Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm".

Qeyd edək ki, "Qarabağ" - "Sürix" oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  İti xəstələndiyinə görə Qarabağla oyuna gəlməyəcək


RƏYLƏR