Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 19:54
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Krıma qoşun yeritməyə cəhd edəcəyi təqdirdə Kiyevə "Qiyamət günü" vəd edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, bunu Volqoqrad vilayətinə səfəri zamanı İkinci Dünya müharibəsi veteranları ilə görüşündə deyib.
"Belə bir şey baş verərsə, oradakıların hamısı üçün qiyamət bir anda gələcək - çox sürətli və ağır. Buna baxmayaraq, onlar bu cür bəyanatlarla ümumi vəziyyəti təhrik etməkdə davam edirlər", - Medvedyev bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna və NATO ölkələrinin Krımın Rusiyanın ərazisi kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün "sistemli təhlükə"dir.
Rusiya TŞ-nin sədr müavini əlavə edib ki, NATO ölkələrinin silahları hələ də Rusiya Federasiyasına yönəlib. Onun sözlərinə görə, Rusiya NATO və onun üzvləri üçün prioritet hədəf olaraq qalır.