Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2022 14:16
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, bu turnirdəki təmsilçimiz "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.
II raundda "Sürix"lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə "Ferensvaroş" (Macarıstan) - "Slovan" (Slovakiya) cütünün qalibi
ilə qarşılaşacaq. "Qarabağ" - "Sürix" cütünün güclüsü ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.