Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 14:00
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.
Qanuna dəyişiklik Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin