Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 20:16
Amerika qəhvə mağazalar şəbəkəsi "Starbucks" Böyük Britaniyada biznesini satmaq imkanlarını araşdırır. Buna səbəb pandemiya nəticəsində "yüksək rəqabət və dəyişən istehlakçı seçimləri"dir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Starbucks" "Houlihan Lokey" konsaltinq şirkətindən 1000-dən çox qəhvəxana və 4000-ə yaxın işçini özündə birləşdirən Britaniya şəbəkəsinin satın alınması üçün potensial variantları nəzərdən keçirməyə köməklik göstərməsini xahiş edib. Təxminən 300 müəssisə birbaşa ana şirkət tərəfindən, qalanları isə françayzinq vasitəsilə idarə olunur.
"Starbucks"ın ölkədən mümkün çıxışının əsas səbəblərindən biri "Pret A Manger", "Tim Hortons" və "Costa" kimi rəqiblər və bir sıra digər operatorlar arasında artan rəqabətdir. Ümumilikdə Böyük Britaniyada 25 mindən çox qəhvəxana var.