Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 15:36
“Real”ın kapitanı Serxio Ramos Joze Mourinyonun komandaya qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.az “AS” nəşrinə istinadla yazır ki, təcrübəli müdafiəçi hazırkı baş məşqçi Zinəddin Zidana dəstəyini ifadə edib.
“Köhnə nəticələrə baxmayaraq, biz Zidanlayıq. Başqa məşqçilər barədə danışmaq hörmətsizlik olar. Hər xal itkisi olanda hamı vəziyyətin gərginliyindən danışır. Amma uğura gedən yol uzundur və xal itkiləri də olur”.