Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Draqi bu tarixdə istefa verə bilər

Draqi bu tarixdə istefa verə bilər

Tarix: 21 Iyul 2022 07:46

İtaliyanın baş naziri Mario Draqi bu gün istefa qərarı barədə elan etmək niyyətindədir.

M.Draqi bu qərarı cümə axşamı səhər Deputatlar Palatası üzvlərinin iclasının əvvəlində elan edəcək.

Bundan sonra o, İtaliya prezidentinin yanına getməyi və istefa ərizəsini təqdim etməyi planlaşdırır.

Baş naziri belə bir addım atmağa çərşənbə günü axşam onun hökuməti üçün çətin keçən Senatdakı səsvermədən sonra qərar verib. Senatorlar bir tərəfdən Nazirlər Şurasına etimad haqqında qətnaməni dəstəkləyiblər, digər tərəfdən isə İtaliyada aparıcı partiyaları birləşdirən koalisiyanın, əslində, artıq mövcud olmadığı məlum olub.


Etiketlər:  Draqi tarixdə istefa verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ