Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bir ildir şiddətə məruz qalıram” - Kutsinin xanımı

“Bir ildir şiddətə məruz qalıram” - Kutsinin xanımı

Tarix: 21 Iyul 2022 12:05

Türkiyəli məşhur aktyor və müğənni Kutsinin həyat yoldaşı Sibel Ülker müğənnini ona qarşı psixoloji şiddət göstərməkdə ittiham edib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Sibel Ülker bu məsələ ilə bağlı öz sosial şəbəkə hesabında paylaşım edib və 1 ildir Kutsi tərəfindən psixoloji şiddətə məruz qaldığını etiraf edib. 

"Bir ildən çoxdur ki, övladlarımla birlikdə gördüyüm psixoloji şiddət və manipulyasiyaların hamısını vaxtı gəldikdə bir-bir açıqlayacağam. İndi deyə biləcəyim tək şey ondan ibarətdir ki, bəzi insanlar real həyatda daha yaxşı aktyordur və o maskaların altında heç bilmədiyiniz üzləri var", - deyə Ülker paylaşımında qeyd edib. 

Bununla yanaşı, Ülker sosial mediada Kutsini izləmədən də çıxıb. Müğənni isə öz növbəsində məsələ ilə bağlı hələ açıqlama verməyib. 

Xatırladaq ki, 7 illik sevgilisi Feyza Çıpadan ayrılan Kutsi ötən il Sibel Ülkerlə ailə həyatı qurub. Sibel Ülker Kutsinin baş rolda oynadığı "Benim adım Melek" serialında rol alan Poyraz Arın anasıdır. Bununla yanaşı, Kutsi 2008-2015-ci illərdə Sinem Bayraktutar ilə evli olub. Cütlüyün bu evlilikdən bir qızı var.


Etiketlər:  ildir şiddətə məruz qalıram Kutsinin xanımı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ