Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 14:00
Türkiyədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar avqustun sonuna qədər meşələrə giriş qadağan edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) tərəfindən ölkənin 81 əyalətinin başçılarına göndərilən bildirişdə deyilir.
Qeyd olunub ki, bundan əlavə, meşəlik ərazilərə yaxın olan yerlərdə toy, şənlik və yanğına səbəb ola biləcək digər mərasimlərin keçirilməsi də qadağan olunur.