Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bankın vətəndaşa görünməmiş tələsi: 2100 manat əlavə ödəniş tələb edir - VİDEO

Bankın vətəndaşa görünməmiş tələsi: 2100 manat əlavə ödəniş tələb edir - VİDEO

Tarix: 21 Iyul 2022 16:46

Vətəndaş banka olan kredit borcunu ödəyib qurtardığını desə də, bank hələ də onun borcunun qalmasında israrlıdır. Belə bir hadisə Yevlax rayonun Əkşəm kənd sakini Mayis Mikayılovun başına gəlib. Yevlax sakini ''Xalq bank''a olan kredit borcunu ödəyib qurtarsa da, ona yenidən banka borcu olduğu bildirilir. Bununla bağlı təmizlik kağızı və Şəki məhkəməsinin qərarı da var. Ancaq bank ödənməmiş 2100 manatın olduğunu deyir.   

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,"Xalq Bank"ın Mingəçevir filialından götürdüyü 5 min manatı ödəyib qurtarması haqqında əlində sənədlərinin olsa da, onun əməkhaqqından hər ay pul tutulur.

Mayis Mikayılov deyir ki, borcu tam ödəyib qurtardıqdan 5 ay sonra iş yerinə həmin borcla bağlı məhkəmənin 2017-ci ildə verdiyi qərar təkrar göndərilib. O, "Xalq Bank"ı buna görə məhkəməyə verib. Məhkəmə də onun banka borcu olmadığına dair qərar verib.

Şikayətçi iddia edir ki, "Xalq Bank" məhkəmənin həmin qərarını icra etməyib və onun pulunu geri qaytarmayıb. Əksinə, üçüncü dəfə iş yerinə 2017-ci ildəki məhkəmənin qərarını göndərib və maaşından yenidən 2100 manatın tutulmasını tələb edib.

Yevlax sakininin problemi ilə bağlı sözügedən bankın Mingəçevir nümayəndəliyinə yollandıq. Bankın rəhbəri məsələdən xəbərdar olsa da, hər hansı məlumat verməyin mümkünsüz olduğunu söylədi. ''Xalq Bank''ın baş ofisindən isə qeyd edildi ki, müştəri hesabları və əməliyyatları barədə məlumat 3-cü tərəfə təqdim edilmir.


Etiketlər:  Bankın vətəndaşa görünməmiş tələsi 2100 manat əlavə ödəniş tələb edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ