Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bank yarıb, qadın paltarı geyinərək qaçdı

Bank yarıb, qadın paltarı geyinərək qaçdı

Tarix: 21 Iyul 2022 17:16

ABŞ-da yaşlı qadın qiyafəsində olan oğru bank filialını qarət edib və heç bir dəlil qoymadan qaçmağı bacarıb.

Sonxeber.net bildirir ki, bu haqda Patch xəbər verib.

Hadisə bazar ertəsi, iyulun 18-də Corciya ştatının Makdono şəhərində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, "Chase" bankın filialına güllü paltar, sarı lateksli əlcək, üzündə qara maska ​​və boz parik geyinmiş şəxs daxil olub. Naməlum şəxs xidməti pəncərələrdən birinə yaxınlaşaraq pul tələb edən yazısı olan kağızı kassaya verib və tapança ilə silahlandığını bildirib.

Bank işçisi qəribə quldurun tələbini yerinə yetirib. Bundan sonra kişi sakitcə bankı tərk edib. Şahidlər cinayətkarı "boyu təxminən 180 santimetr olan arıq adam" kimi təsvir ediblər. Küçədə kişi böyük ağ avtomobilə minib və oradan uzaqlaşıb. Qeyd olunur ki, avtomobil "Lexus" brendinin yeni modellərindən birinə oxşayıb.

Polis kamera görüntülərini araşdırıb, lakin müstəntiqlər quldurun şəxsiyyətini və ya avtomobilinin nömrəsini görə bilməyiblər. Bacarıqlı basqınçının nə qədər vəsait oğurladığı bildirilmir.

İrfan Vəliyev


Etiketlər:  Bank yarıb qadın paltarı geyinərək qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ