Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST meymunçiçəyi ilə bağlı qapalı iclas keçirib

ÜST meymunçiçəyi ilə bağlı qapalı iclas keçirib

Tarix: 22 Iyul 2022 07:50

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada meymunçiçəyinə yoluxmaların artmasından narahatlığını ifadə edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, qurumun Fövqəladə hallar komitəsinin iclasında Qebreyesus mütəxəssislərin məsələ ilə bağlı rəylərini soruşub.

"Xəstəliyin yayılmasının yaxın və uzaq müddətdə ictimai səhiyyəyə təsirini qiymətləndirmək üçün sizin tövsiyələrinizə ehtiyacım var" - deyə Qebreyesus qeyd edib.

Komitənin iclası 6 saatdan çox davam etsə də, qəbul edilmiş qərarlar ictimaiyyətə açıqlanmayıb.

Son statistikaya görə, dünyanın 71 ölkəsində 15 300 nəfər meymunçiçəyinə yoluxub.


Etiketlər:  ÜST meymunçiçəyi ilə bağlı qapalı iclas keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ