Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Açıq kosmosa çıxış 7 saat davam edib

Açıq kosmosa çıxış 7 saat davam edib

Tarix: 22 Iyul 2022 08:16

İtaliyalı astronavt Samanta Kristoforetti və rus kosmonavt Oleq Artemyev açıq kosmosda 7 saatdan çox vaxt keçiriblər.

Milli.Az APA-ya istinadən bildirir ki, Beynəlxalq Kosmik Stansiyadan (BKS) kənarda 6 saata tamamlanması nəzərdə tutulan iş 7 saatdan çox çəkib. Kristoforetti və Artemyev stansiyaya saat 2 radələrində qayıdıblar.

Heyət 7 saat ərzində 10 mini elmi-tədqiqat peykinin buraxılışını təmin edib ki, bu da növbəti rekord hesab edilir. Açıq kosmosa çıxış zamanı ciddi fövqəladə hal baş verməyib.

Milli.Az


Etiketlər:  Açıq kosmosa çıxış 7 saat davam edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ