Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Öz formamdan tam razı deyiləm'' - Maqaye Qeye

''Öz formamdan tam razı deyiləm'' - Maqaye Qeye

Tarix: 23 Sentyabr 2019 22:00

"Qarabağ"ın futbolçusu Maqaye Qeye Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.

- Qələbə qazandıq. Bütün oyunlar kimi bu matç da çətin oldu. Əlimizdən gələnin 100 faizini etdik və qalib gəldik.

- Amma elə birinci hissədə oyunun taleyini həll etdiniz.

- Bu, bizim işimizdir. Fürsət olursa, ondan istifadə etməlisən. Biz də ilk hissədə bunu etdik.

- Komanda "Sevilya" ilə oyundakı üzüntünü üzərindən atdı?

- Əlbəttə. Bu, futboldur. Həm qalib gəlirsən, həm də uduzursan. Keçmişlə yaşamaq olmaz. Artıq olan oldu, keçən keçdi. Növbəti matçlara köklənmək lazımdır.

- "Qarabağ"da üçüncü qolunuzu vurdunuz. Avroliqada da azarkeşlər sizdən yenə qol gözləyir.

- Təbii ki, qol vurmaq istəyərəm. Hücumçuyam və hücumçular qol ilə yaşayır. Amma əsas olan komandanın qələbə ruhudur.

- Öz formanızdan razısınızmı, yoxsa hələ üzərinizdə işləməlisiniz?

- Xeyr. Daha yaxşı ola bilərəm. Tam razı deyiləm. Amma əlimdən gələni edəcəyəm.

 


Etiketlər:  formamdan razı deyiləm Maqaye Qeye


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ