Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobilləri köhnə olanlar - SİZƏ PUL VERİLƏCƏK - VİDEO

Avtomobilləri köhnə olanlar - SİZƏ PUL VERİLƏCƏK - VİDEO

Tarix: 23 Iyul 2022 17:08

Azərbaycana bu avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq.

Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, Azərbaycanda köhnə avtomobil parkının yenilənməsi hədəflənib. Bu məqsədlə ölkəyə ili köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Proses növbəti 4 il ərzində həyata keçiriləcək. Müəyyən maliyyə güzəştləri də nəzərdə tutulur. Bu, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının tədbirlər planında əksini tapıb. Aidiyyəti qurumlar 4 il ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqinə və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.

Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində avtomobillərin elektrik enerjisi ilə doldurulması üçün müvafiq məntəqələrin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığı təmin olunmalıdır.

Hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobilləri ölkə üzrə ümumi avtomobil parkının 4,7 %-ni təşkil edir.


Etiketlər:  Avtomobilləri köhnə olanlar SİZƏ VERİLƏCƏK VİDEO


RƏYLƏR