Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 19:03
İyulun 22-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan torpaqlarında separatçı-terrorçu rejim dağlıq-meşəlik ərazilərdən birində qurduqları "hərbi idman düşərgəsi"nin təntənəli açılışını edib.
Sonxeber.net moderator.az-a istinadən bildirir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, hərbi düşərgədəki təlimlərdə 11-ci sinif şagirdləri və qondarma "peşə və orta ixtisas məktəbləri"nin ikinci kurs tələbələri iştirak edirlər.
Xəbərdə deyilir ki, gənclər üçün Qarabağın tarixi və mədəni yerlərinə ekskursiyalar, ictimai təşkilatların nümayəndələri ilə görüşlər, müxtəlif ansamblların konsertləri, eləcə də çeşidli mövzularda müsabiqələr təşkil olunacaq.
Qeyd edək ki, erməni mediası hərbi təlimlərin keçirildiyi məkan haqqında dəqiq məlumat vermir.
Xatırladaq ki, ötən il belə bir hərbi təlim Xocalı rayonunun Badara kəndində təşkil edilmişdi...