Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 20:56
Şəkidə "Vito" markalı mikroavtobus qəzaya düşüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.
Qax istiqamətində hərəkətdə olan Balakən sakini Yaşar Süleymanova məxsus "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub.
Qəzadan sonra "Vito" yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olanlar ciddi xəsarət almayıb, üç baş camış tələf olub.
Faktla bağlı araşdırma aparılır.