Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2022 20:57
Ermənistan müxalifəti sentyabrın 2-də Qarabağa qanunsuz səfər etmək istəyirlər.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyan öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Qarabağdakı separatçı rejimin rəhbərliyi onlara dəvət göndərib.
"Biz gedəcəyik. Amma hakim partiyanın deputatlarını bilmirəm. Onlar keçən dəfə də Qarabağa getmədilər", deyə Manukyan bildirib.
Qeyd edək ki, sonuncu dəfə rus sülhməramlıları erməni müxalifətini təmsil edən deputatları Qarabağa buraxmamışdı.
Qarabağdakı separatçılar sentyabrın 2-ni "Azərbaycandan ayrılma günü" kimi qeyd edirlər. Amma həmin tarix revanşist qüvvələrdən başqa heç kimi üçün "əlamətdar tarix" deyil.
Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlıların əsas vəzifələrindən biri də nəzarət etdikləri əraziyə qanunsuz səfərlərin qarşısını almaq, Azərbaycan ərazisində etnik münaqişənin yenidən alovlanmasına imkan verməməkdir. Bu baxımdan gözlənilir ki, erməni deputatların bu dəfə də Qarabağa səfərlərinin qarşısı alınsın.