Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evlənmək məndə alınmır''

''Evlənmək məndə alınmır''

Tarix: 25 Iyul 2022 18:45

"Yenidən evlənmək haqda düşünmürəm". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Rəvan Qarayev "Maqazin Plyus" verilişinə müsahibəsində deyib.

"Evlənmək məsələsi məndə alınmır. Növbəti dəfə ailə qurmaq fikrinə düşsəm, deyəcəyəm ki, "Artıq mən evlənirəm!". İnsan nə zamanadək yalnız yaşamalıdır ki?! Amma indi evlənmək fikrim yoxdur. Öz işimlə, mahnılarımla məşğulam" - deyə sənətçi fikirlərini dilə gətirib. 

Qeyd edək ki, Rəvan Qarayev rəsmi olaraq iki dəfə ailəli olub. O, ailə qurduğu hər iki xanımdan boşanıb.

Rəvanın birinci həyat yoldaşı Əsmərdən 15 yaşlı Ayan adlı qızı, ikinci həyat yoldaşı Günaydan isə 9 yaşlı Xalidə adlı qız övladı var.  

Milli.Az


Etiketlər:  Evlənmək məndə alınmır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR