Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 21:06
ABŞ-ın Suriyada terror təşkilatlarını İŞİD-ə qarşı mübarizədə istifadə etməsi yeni bir Əfqanıstan yaratmaq cəhdidir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu terror təşkilatları ABŞ və digər Qərb ölkələrindən aldıqları silah-sursatları türk əsgər və millətinə qarşı istifadə edir.
Çelik İŞİD-lə mübarizədə terror təşkilatlarına deyil, NATO-da müttəfiq olduqları Türkiyəyə müraciət etmək lazım olduğunu vurğulayıb.