Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 08:14
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, məhkəmə 47 yaşlı mütəxəssisin aylıq cəmi 2000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7000 avro idi.
Qeyd edək ki, rumıniyalı baş məşqçi 2008-2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.
Xatırladaq ki, Anamariya Prodan bir müddət əvvəl açıqlamasında Regekampfın "Neftçi"də aylıq 22 min dollar maaş aldığını bildirmişdi.