Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 08:58
Rusiyanın Ali Attestasiya Komissiyası (AAK) elmlər namizədi və elmlər doktoru dərəcələrinin alınması üçün elmi məqalələrə dair yeni tələblər hazırlayır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə AAK-ın sədri Vladimir Filipov məlumat verib.
Filipov bildirib ki, tələblər yaxın aylarda təqdim ediləcək. Bu zaman dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən jurnalların yeni siyahısı tərtib ediləcək.
İslahata səbəb Rusiyanın elmi jurnallarının WoS və Scopus məlumat bazalarından xaric edilməsidir. Buna səbəb Rusiya hökumətinin mart ayında elmi dərəcə almaq üçün xaricdə məqalə nəşri tələbini ləğv etməsidir.