Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 12:12
Pensiya yaşına çatmağa az qalmış işçilərin ixtisarı yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul edilməsindən imtina olunmasının qarşısının alınması ilə bağlı xarici ölkələrin təcrübəsi əsas götürülməklə qanununverciliyə əlavə ve dəyişikliklərin edilməsini zəruri hesab edirəm".
Bunu Ombudsman Səbinə Əliyeva "Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu" mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunun birinci maddəsində yoxlamaların aparılmasını istisna edən hallara ayrıca olaraq hüquq və azadlıqların pozulması halının da əlavə edilməsi aktualdır. Bununla bağlı qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsi zəruridir.
Ombudsman bildirib ki, bu problemin həlli ilə bağlı pensiyaya yaşına müəyyən müddət qalan şəxsin əmək müqaviləsinin ləğv edilməsini qadağan edən müddəaların qanununvericilikdə tətbiq edilməsi, bundan başqa Əmək Məcəlləsi və İnzibati Xətalar məcəlləsində müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədə müvafiqdir.