Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi

Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi

Tarix: 26 Iyul 2022 14:50

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu "La Vida" MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, "La Vida" şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elçin Ağamalı biznesmen kimi tanınır. O, eyni zamanda "Altus" MMC-nin sahibi kimi tanınır. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi. E.Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılmışdı. 

Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.


Etiketlər:  Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ