Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 22:26
İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan ölüb
Bu barədə Milli Yanıq Mərkəzinin Reanimasiya şöbəsindən "NEWS.am"a bildirilib. Məlumata görə, bazada yanıq xəsarətləri alan çağırışçı Palyan Poqosyan dünyasını dəyişib.
Xatırladaq ki, hadisə iyulun 17-də baş verib. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi əsgər Palyan Poqosyanın 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilib.
Amma Ermənistanın Müdafiə Nazirliyi məlumatı iyulun 25-də açıqlayıb.