Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanşir Məmmədov: ''Ay düşüncəsiz, ay bədbəxt!'' - VİDEO

Cavanşir Məmmədov: ''Ay düşüncəsiz, ay bədbəxt!'' - VİDEO

Tarix: 27 Iyul 2022 03:45

"Avroviziya"ya getsəm, böyük komanda ilə getməliyəm. Mənimlə bərabər "Natiq" ritm qrupu da olmalıdır. Mən getməyim, Xalq artisti Alim Qasımov getsin. Alim olmasın, Manana Caparidze olsun...". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Xəbər-ətər" səhər şousunda deyib. 

Sənətçi onu sosial şəbəkələrdə "Avroviziya" beynəlxalq mahnı yarışmasına getməsini ələ salanları "ağ yuyub, qara sərib".  

"Sən əgər Cavanşir Məmmədovun "Avroviziya"ya getməsini dərk edə bilmirsənsə, gəl otur, səni başa salım. Özümdəki o istedadı bilirəm. 1990-ci ildən bəri dəbdə olan sənətkaram. İndiyə kimi nə qədər "Avroviziya"lar görmüşəm?! Hər toy "Avroviziya" kimi bir şeydir. Sən durub məni müzakirə edə bilməzsən". 

Qeyd edək ki, C.Məmmədov "Elgizlə izlə" ictimai-sosial verilişdə duet ortağı Əməkdar artist Firüzə İbadova ilə ölkəmizi "Avroviziya"ya yarışmasında təmsil etmək istəyi ona baha başa gəlib. Mövzu sosial şəbəkələrə yayıldıqdan sonra Əməkdar artisti izləyicilər tənqid ediblər. 

Milli.Az


Etiketlər:  Cavanşir Məmmədov düşüncəsiz bədbəxt VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ