Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 23:00
İraqda Moqtada Sədr tərəfdarları hökumət binalarına hücum ediblər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, paytaxt Bağdadın xüsusi mühafizə olunan məhəlləsinə hücumda məqsəd əl-Sudaninin baş nazir postuna namizədliyinə etiraz etmək olub.
Etirazçılar parlament binasına soxulmağa cəhd etsələr də, güc strukturları onları dayandırıb. Qoruyucu səddi aşan etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Aksiya iştirakçıları arasında xəsarət alanlar var.