Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi”nin oyununda insident - kiprli futbolçulardan hücuma cəhd

“Neftçi”nin oyununda insident - kiprli futbolçulardan hücuma cəhd

Tarix: 28 Iyul 2022 23:08

Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə "Aris" arasında keçirilən cavab oyunundan sonra insident baş verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, iki klubun futbolçuları arasında qalmaqal yaşanıb.

Hakimin final fitindən dərhal sonra kiprli futbolçular "Neftçi"nin tərcüməçisi Vüqar Əliyevə hücum çəkməyə cəhd edib. Lakin dərhal bütün komanda üzvləri və məşqçi heyəti meydana daxil olaraq aranı sakitləşdirməyi bacarıb.

Görünür, "Aris" futbolçuları 0:3 hesablı məğlubiyyəti həzm edə bilməyib.

Qeyd edək ki, ilk görüşdəki 0:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqib qapısından 3 cavabsız top keçirən "Neftçi" növbəti mərhələyə adlayıb.

Milli.Az


Etiketlər:  Neftçinin oyununda insident kiprli futbolçulardan hücuma cəhd


RƏYLƏR