Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Aİ Rusiyadan qaz almağı dayandıracaq"

Tarix: 29 Iyul 2022 08:18

Avropa İttifaqı (Aİ) gələcəkdə Rusiya qazını almağı dayandıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib.

"Biz Rusiyadan enerji asılılığını azaltmaq barədə qərar qəbul etmişik. İlk növbədə kömür sonra isə neft. Birmüddətdən sonra isə qaz alışı dayanacaq", - deyə Aİ diplomatiyasının rəhbəri bildirib.

Borrelin sözlərinə görə, bütün bunlardan imtina etmək üçün prosesə uyğunlaşmaq lazımdır.

"Rusiya Federasiyası öz qazını satmaq istəyir. Lakin onu bizə satmağa məcbur deyil", - deyə Borrell bildirib.

O, Avropa ölkələrini könüllü olaraq enerjiyə qənaət etməyə çağırıb. Borelin sözlərinə görə, bununla da İttifaq bunu məcburi şəkildə etmək məcburiyyətində qalmayacaq.

Aİ diplomatiyasının rəhbəri bildirib ki, artıq Rusiya qazına qənaət edilməyə başlanıb.

"Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayanda Rusiya qazının idxalı ümumi Avropanın 40%-ni təşkil edirdisə, indi bu, 20%-ə yaxınlaşır".

Milli.Az


Etiketlər:  Rusiyadan qaz almağı dayandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ